İdrak Liseyində hər bir şagirdə fərdi yanaşan, onlarda millilik, demokratiklik, vətənpərvərlik hisslərini aşılamaq, müstəqil həyatda özünü doğrulda biləcək vətəndaşlar yetişdirməyi məqsəd hesab edən psixoloqlar fəaliyyətdədir.
Liseyin psixoloqlarının fəaliyyət planında ilk iş siniflərdə şagirdlərin emosional durumunu yoxlamaqdır. Əgər ümumi sinifdə gərginlik və ya aqresiya varsa, onun səbəblərini araşdırılır, fəaliyyətlər bu səbəblərin aradan qaldırılması istiqamətində qurulur. Hər bir təhsil müəssisəsinin öz daxili qaydaları olduğu üçün tədris ocağına yeni gələn şagirdlərə kollektivə, qaydalara uyğunlaşması dövründə dəstək olmağa çalışırıq. Bu fəaliyyət sinif rəhbəri, aidiyyatı bölmənin rəhbər şəxsləri və tədris işləri üzrə idarə heyəti tərəfindən birgə həyata keçirilir.
Qeyd etmək lazımdır ki, liseydə işləyən hər bir əməkdaş işə qəbul zamanı psixoloq qəbulundan keçir və bu proses həmin şəxsin işə qəbulunda mühüm rol oynayır.