İdrak Liseyində təhsil 3 pillədən – ibtidai (I-IV siniflər), ümumi orta (V-IX siniflər) və tam orta (X-XI siniflər) ibarətdir. Eyni zamanda liseyimizdə məktəbəqədər təhsil tədris olunur. Liseydə tədris 3 – Azərbaycan, rus, ingilis dilində (IB təhsil proqramı) təşkil olunur.
Burada tədris materialının şagirdə effektli ötürülməsi üçün yüksək səviyyəli pedaqoji heyət cəlb etməklə əlverişli tədris şəraiti yaradılıb. Pedaqoji heyətin fəaliyyətinə düzgün və ardıcıl nəzarət mexanizmi mövcuddur. Bununla aidiyyəti şöbələr və departamentlər məşğul olur. Hər bir şagirdə fərdi yanaşmanın təmin edilməsi məqsədilə fənn müəllimləri tərəfindən şagirdlərin təlim fəaliyyətinin izlənilməsi ilə yanaşı tədris ili ərzində bir neçə dəfə Monitorinq və qiymətləndirmə departamenti tərəfindən şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi həyata keçirilir.
Eyni zamanda şagirdlərin müxtəlif fənlərdən qazandıqları biliklərin nümayiş etdirilməsi üçün fənn olimpiadaları, bilik yarışları, təqdimat-dərslər, sərgilər təşkil edilir. Məktəbdə şagirdlərin öz hüquqlarını anlaması, fikirlərini sərbəst ifadə etməsi üçün açıq və işgüzar mühit hökm sürür. Burada şagird-müəllim, müəllim-şagird-valideyn birliyi tədrisin və təhsilin keyfiyyətində özünü göstərir.