İbtidai təhsil

Liseyimizdə ibtidai təhsil səviyyəsində tədris 3 dildə- Azərbaycan, rus və ingilis dilində təşkil olunub. Tədris Beynəlxalq və Azərbaycan Respublikasının dövlət təhsil standartlarına uyğun şəkildə həyata keçirilir. Təlim prosesində aktiv və interaktiv təlim metodlarından geniş istifadə edilir. Bütün fənlərin tədrisində İKT geniş tətbiq olunur. Elektron dərslərin müşayiəti ilə tədris edilən hər bir mövzu arxivləşdirilərək həm valideynləri təlim prosesinin virtual iştirakçısına çevirir, həm də şagirdlərə həmin mövzuları dəfələrlə təkrar etmək imkanı yaradır.

 Şagirdlərdə natiqlik qabiliyyətini formalaşdırmaq məqsədilə  liseyimizdə mütəmadi olaraq təqdimatlar, dəyirmi masalar, müzakirə dərsləri, oxu günləri, kitab və müxtəlif əsərlərin müzakirələri, inşa-yazı müsabiqələri təşkil olunur, əlamətdar və tarixi  günlər  xüsusi tədbirlərlə qeyd edilir. Şagirdlərdə kitaba, mütaliəyə sevgi aşılamaq üçün oxu aylıqları təşkil olunur.