İdrak Liseyində Binəqədi Rayon İcra Hakimiyyəti ilə birgə təşkil olunmuş 12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü ərəfəsində “Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi” adlı tədbir keçirildi. Tədbirin təşkil olunmasında məqsəd Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən danışmaqdır.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Binəqədi Rayon RİH başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, şöbənin əməkdaşı, baş məsləhətçi Leyla Quliyeva və Bakı Dövlət Universiteti Hüquq fakültəsinin müəllimi, vəkil Daşqın Qənbərov çıxış etdi.
Çıxışlar zamanı bildirildi ki, Heydər Əliyev irsi, hələ də Azərbaycan Respublikasının inkişafında mühüm rol oynamaqdadır. Onun dövlət quruculuğu sahəsindəki prinsipləri və yanaşmaları, Azərbaycanın beynəlxalq aləmdə mövqeyini möhkəmləndirmək üçün xarici siyasətlərinin hədəfləri, ölkənin strateji maraqları Müzəffər Ali Baş Komandan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.