Qəbul qaydaları
Övladınızın təhsil alması üçün İdrak liseyini seçdiyinizə görə Sizə təşəkkür edirik!
Dövlətimizin inkişafı keyfiyyətli təhsildən, Vətənini dərin məhəbbətlə sevən layiqli övladlardan asılıdır. Vətənpərvərlik, milli və bəşəri dəyərlərə bağlılıq, müasirlik İdrak liseyinin əsas prinsiplərindəndir. Liseyin pedaqoji kollektivi dünyanın bir çox ölkələrində təlim keçmiş, təhsil və tədrisdə beynəlxalq təcrübəni tətbiq edən mütəxəssislərdir. Liseydə müəllim-şagird münasibətlərinə xüsusilə həssas yanaşılaraq şagirdlərin özlərini rahat, güvənli və sərbəst hiss etmələri üçün şərait yaradılır. Lisey dünyanın bir çox qabaqcıl təhsil ocaqlarının təcrübəsindən istifadə edərək, ən müasir texnologiyaların tətbiqi ilə şagirdlərin bilik və bacarıqlarını maksimum səviyyədə artırmağa çalışır.
Liseyimizdə 4 yaşdan 17 yaşa qədər olan şagirdlər məktəbəqədər, ibtidai, ümumi orta, tam orta təhsil pillələri üzrə təhsil alırlar.
Liseyə qəbul prosesində I sinif üçün 31 dekabr tarixinə qədər 6 yaşı, məktəbəqədər qruplar üçün isə 4 yaşı tamam olan uşaqlar iştirak edə bilərlər.
İdrak liseyinin bütün təhsil pillələrinə qəbul il boyu aparılır. Liseyə qəbul test imtahanı və müsahibə vasitəsilə həyata keçirilir.
Qəbul prosesi aşağıdakı mərhələlərdən ibarətdir:
- İmtahan/müsahibə
- Psixoloqla görüş
- Qeydiyyat və sənədləşmə prosesinin aparılması
Sənədlər
Qəbul imtahanının nəticəsi əsasında liseyimiz tərəfindən sizə yer təklif olunduğu halda təqdim etməli olduğunuz sənədlər aşağıdakılardır:
- Valideynlərin şəxsiyyət vəsiqələrinin surəti
- Şagirdin şəxsiyyət vəsiqəsinin surəti
- 3×4 ölçüdə 4 ədəd fotoşəkil
- Mübadilə vərəqi
Qeyd: İmtahan və müsahibə mərhələsində qənaətbəxş nəticə toplaya bilməyən şagirdlər üçün lisey tərəfindən səviyyəyə və fənnə uyğun dəstək dərsləri təşkil olunur.