Qaydalar
Şagirdlər üçün
- Liseyin şagirdləri dərslərə vaxtında gəlməli, gecikməməlidir.
- Şagird həftənin 5 günü, saat 08:00- da məktəbdə olmalıdır.
- Liseyə daxil olarkən uca səslə danışmamalı, məktəb çalışanları və şagirdlərlə nəzakətli davranılmalıdır.
- Kosmetik vasitələr, bəzək əşyalarından istifadə olunmamalıdır.
- Liseyə mobil telefon və smart saatlar gətirmək qadağandır.
- Liseyə məktəbli formasında gəlməli, geyimi təmiz saxlamağa diqqət edilməlidir.
- Pilləkənlərlə qalxarkən tələsməməli, yalnız sağ tərəflə hərəkət edilməlidir.
- Şagird yalnız üzrlü səbəbdən valideynin müraciəti əsasında liseydən tez çıxa bilər.
- Şagird dəhlizlərdə hərəkət edərkən qaçmamalı, özünə və digər şagirdlərə xəsarət yetirməkdən çəkinməlidir.
- Digər şagirdlərlə mübahisə edərək dalaşmamalı, mehriban və qayğikeş olmaq lazımdır.
- Lisey əmlakı ilə səliqəli davranılmalıdır.
- Yeməkxana qaydalarına əməl edilməli, nahar fasiləsindən səmərəli istifadə olunmalıdır.
- Lisey servisindən istifadə edərkən təhlükəsizlik qaydalarına və sakitliyə riayət edilməlidir.
- Dərslərarası tənəffüsdən düzgün istifadə edilməlidir, zərurət olmadıqca dərsdən çıxmaq üçün icazə alınmamalıdır.
- Sinif otaqlarının təmizliyinə və səliqəsinə fikir verilməlidir.
- Kitablardan və texniki avadanlıqdan səliqəli istifadə edilməlidir.
- Müəllimlərin tövsiyyələrinə əməl olunmalıdır.
- Şagird, digər şagirdlərdən və ya hər hansı şəxsdən xoşagəlməz davranış sezərsə, dərhal sinif rəhbərinə xəbər verməlidir.
Valideynlər üçün
Şagirdlərin təhlükəsizliyini təmin etmək məqsədilə aşağıdakı qaydalara əməl edilməlidir:
- Məktəbə daxil olan hər bir valideyn və kənar şəxs tələb olunduğu təqdirdə şəxsiyyət vəsiqəsini təqdim etməlidir.
- Valideynlər və kənar şəxslər məktəbdə olduqları müddətdə buraxılış yaxa kartından istifadə etməlidirlər.
- Valideyn hər hansı səbəbdən övladı üçün icazə istəyirsə, öncədən yazılı müraciət etməli və ya valideynlərlə əlaqə koordinatoruna müraciət olunmalıdır.
- Əgər şagird başqa birisi tərəfindən məktəbdən götürülürsə, mütləq direktor müavininə və ya valideynlərlə əlaqə koordinatoruna yazılı və ya telefonla məlumat verilir, sinif rəhbəri bu barədə məlumatlandırılır.