IB PYP siniflərində “Kitab həftəsi” (Book week)
IB PYP siniflərində “Kitab həftəsi” (Book week)
Ötən həftə IB PYP şagirdləri üçün olduqca maraqlı və rəngarəng keçib. Şagirdlər “Kitab həftəsi” nin ilk günlərində hər sinifin seçdiyi yazıçının qələmə aldığı bir çox əsər ilə yaxından tanış olublar.
Onlar öz seçimləri ilə təşkil etdikləri “Ən yaxşı xətt”, “Ən yaxşı imla”, “Ən yaxşı esse”, “Ən sürətli oxu” nominasiyaları üzrə qalibləri müəyyən ediblər.
Əyləncəli və faydalı proqramın son günündə “Kostyum şou” keçirilib. Belə ki, şagirdlər seçdikləri personajın xarakterik xüsusiyyətlərini geyimləri ilə canlandırıblar. Həm qızlar, həm də oğlanlar arasında “Ən gözəl kostyum”un sahibi seçilib. Günün ikinci hissəsi həftənin digər günlərində keçirilən proqramın qaliblərinin mükafatlandırılmasına həsr olunub. Şagirdlərimiz müxtəlif nominasiyalar üzrə diplom və sertifikatlarla təltif olunublar.
Beləliklə, IB PYP “Kitab həftəsi” çox maraqlı və unudulmaz keçdi! Bir daha şahid olundu ki, IB PYP təhsil modeli şagirdlərin ənənəvi sahələrdəki işləri ilə real dünya arasında əlaqələr qurmaq məqsədi daşıyır və intellektual inkişafa önəm verir.