Ümumdünya “Pİ” Günü
Bu həftə IB bölməsində “Riyaziyyat həftəsi” idi. 5-8-ci siniflər həftə ərzində müxtəlif riyazi fəaliyyətlərlə məşğul olmuş, məntiqi oyunlar oynamış, STEAM-la bağlı müəyyən olunmuş tapşırıqları yerinə yetirmişdilər.
Bu gün, yəni 14 mart “Ümumdünya Pi Günü”dür. (Riyazi sabit (π) ədədi günü) Məhz bu məqsədlə İdrak liseyində “Riyaziyyat həftəsi” çərçivəsində 8E, PRE-DP və DP1 siniflərinin iştirak etdiyi riyaziyyat elminə həsr olunan tədbir keçirilib.
Tədbirin fəxri qonağı Bakı Mühəndislik Universitetinin riyaziyyat müəllimi, riyaziyat kafedrasının baş müəllimi, Bəhman Məmmədov (Bəhman Qüdsi) olub.
Şagirdlərimiz görüş zamanı onları maraqlandıran sualları ünvanlayıblar. Müəllim şagirdlərdə riyazi dünyagörüşünün formalaşdırılması, onlarda riyaziyyat elminə marağın artırılması barədə öz fikirlərini səsləndirib.
Şagirdlərimiz bu cür görüşlərin onlar üçün olduqca faydalı olduğunu söyləyib və təşkilatçılığa görə İdrak Liseyinə təşəkkürlərini bildiriblər.