Avropa Gənclik Parlamenti 44
Avropa Gənclik Parlamenti 100 dən çox şagirdi dövrün problemləri barədə debatlar aparmaları məqsədilə bir araya gətirən unikal təhsil proqramıdır. Bu həftə İdrak liseyi bu tədbirə ev sahibliyi edib. EYP gənc beyinləri birləşdirərək onları zehinlərini inkişaf etdirən söhbətlərdə iştirak etmələri, problemlərin həll yolları ilə bağlı olan fəaliyətlərdə əməkdaşlıq etmələri və liderlik hisslərinin təkmilləşməsi üçün lazımi şəraiti yaradır. Qeyd edək ki, liseyimizin şagirdləri bu proqramda həm nümayəndə, həm də könüllü kimi iştirak ediblər.