Liseyimiz Beynəlxalq Robotex Türkiye – Azərbaycan Avrasiya çempionatında!
İdrak Liseyinin 49 şagirddən ibarət 13 komandası Beynəlxalq Robotex Türkiye – Azərbaycan Avrasiya çempionatında iştirak edib. Şagirdlərimiz təkcə həmyaşıdları ilə deyil, hətta universitet tələbələri ilə yeganə məktəb komandası olaraq yarışaraq mübarizəni qələbə ilə tamamlayıblar. İştirakçı komandalarımızdan 11-i yarışda qalib gəlib. Onlar Beynəlxalq Antalya Türkiyə çempionatlığına qatılmaq üçün vəsiqə qazanıblar!
Liseyimizin Beynəlxalq olimpiada və yarışlara hazırlıq prosesinin təkmilləşdirilməsi və diqqət mərkəzində saxlaması şagirdlərin müvəffəqiyyətli çıxışlarına səbəb olub. Komandalarımız qarşıya qoyduqları hədəfə çatmaqla, sözün həqiqi mənasında, fədakarlıq göstərdiklərini sübut ediblər.
Qeyd edək ki, “Robotex Türkiye” festivalı texnologiya sənayesinin liderlərindən məlumat almaq, yeni startapları kəşf etmək, robotlar istehsal etmək və ən son texnologiyanı kəşf etmək üçün minlərlə mühəndis, menecer, tələbə və şagirdləri bir araya gətirən ən böyük robototexnika festivalıdır.
Beynəlxalq Antalya Türkiye çempionatında iştirak edəcək hər bir komandamıza uğurlar diləyir və yeni qələbələr gözləyirik!