İdrak Liseyində ümumi orta məktəb təhsili 3 pillədən – ibtidai, ümumi orta və tam orta təhsildən ibarətdir. Eyni zamanda liseydə məktəbəqədər təhsil tədris olunur. Liseydə tədris 3 dildə- Azərbaycan, rus, ingilis (İB-Beynəlxalq Bakalavr) proqramı ilə təşkil olunur.
Burada şagirdlərin bacarıq və qabiliyyətlərin formalaşdırılması, onların istedadının, intellektual və yaradıcı potensialının üzə çıxarılması, həmçinin müasir və keyfiyyətli təhsil almaları üçün əlverişli şərait yaradılmışdır. Liseydə tədris materiallarının şagirdə effektli ötürülməsi üçün yüksək səviyyəli pedaqoji heyət cəlb etməklə əlverişli tədris şəraiti yaradılıb. Pedaqoji heyətin fəaliyyətinə düzgün və ardıcıl nəzarət mexanizmi mövcuddur. Bununla aidiyyəti şöbələr və departamentlər məşğul olur. Tədris prosesinin təşkili keyfiyyətinin ölçülməsi və daima inkişafı məqsədilə liseydə müntəzəm olaraq monitorinq qiymətləndirilməsi keçirilir. Bunda başqa, Monitorinq və qiymətləndirmə departamenti tərəfindən il boyu şagirdlərin biliyinin yoxlanılması və yekun biliklərin möhkəmləndirilməsi ilə əlaqədar hər ayın sonunda əsas fənlər üzrə sınaq imtahanları təşkil olunur. Liseydə şagirdlərin, həmçinin məzunların kariyera və təhsil istiqamətləndirilməsində qabaqcıl və müntəzəm rolu olan Beynəlxalq əlaqələr, kariyera və inkişaf departamenti beynəlmiləl hədəfləri nəzərə almaqla xarici universitetlərlə şagird mübadiləsi, birgə lahiyələrin həyata keçirilməsi ilə məşğul olur. Bu departamentin əsas məqsədi Avropa Birliyi təhsil siyasətlərinə və Bolonya prosesinə daxil olmaqla bütün dünya universitetlərinə şagird qəbulunu daha əlçatan etməkdir.
Respublikada yalnız İdrak Liseyində tədris prosesinə tətbiq olunan “Media dərs” layihəsi sayəsində bütün fənlər İKT vasitəsilə qeydə alınır. Şagirdlər internetə çıxışı olan istənilən yerdə liseyin yaddaş bazasına istifadəçi kodunu yazaraq daxil olub, istənilən dərsi yenidən izləyə bilərlər.
Valideynlər saat 9:30-dan 13:30-a qədər onlayn kameralar vasitəsilə sinif otaqlarını izləmək imkanına malikdirlər. Şagirdlər gün ərzində 2 dəfə sanitar-gigiyenik qaydalara ciddi nəzarət olunan yeməkxanada qida ilə təmin olunurlar. Liseyin binası müasir isitmə və soyutma sistemi ilə təchiz edilib. Lisey fasiləsiz olaraq mühafizə işinin təşkili ilə əlaqədar olan şirkət əməkdaşları tərəfindən mühafizə olunur. Kənar şəxslərin binaya girişi qəti qadağandır.