Liseyimizə xoş gəlmişsiniz!

Dəyərli həmkarlar, qonaqlar, valideynlər və şagirdlərimiz!
Sizləri İdrak Liseyinin kollektivi adından rəsmi​ səhifəmizdə salamlayırıq!

Ölkə Prezidentinin təhsil sektoruna göstərdiyi diqqət və qayğı nəticəsində son illər təhsil tariximizdə yüksək inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biri kimi nəzərə alınır. İdrak Liseyi Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının məqsədinə uyğun olaraq birgə təşəbbüslər və fəaliyyətlər nəticəsində keyfiyyətli və rəqabətqabiliyyətli insan kapitalı formalaşdırmaqla ölkəmizin tərəqqisinə dəstək olmağa davam edir.

İdrak Liseyinin məqsədi inkişafda olan texnologiyanın və elmin fərqində olan,​ inkişafa açıq, öyrənməyi sevən, milli-mənəvi dəyərləri yaşayan və​ yaşadan,​ özünə güvənənən, ən əsası özünü mühakimə etməyi bacaran, müasir, demokratik​ dünyada sosiallaşa bilən, beynəlmiləl düşüncəli insan yetişdirməkdir.
Bu yolda bizimlə olan, daim​ öz üzərində işləyən, Azərbaycan təhsilinin uğurlu inkişafı naminə dünya təhsil​ sistemindəki effektiv üsulları təhsilimizə tətbiq edən və bu şərəfli yolda​ fədakarcasına çalışan kollektivimizə təşəkkür etməyi özümüzə borc bilirik.
Əziz valideynlər, uğura gedən yolda bizi seçdiyiniz üçün təşəkkür edirik!

İdrak Liseyinin təsisçisi,
Pedaqoji elmlər doktoru, innovator,
Professor Mönsüm Ədil oğlu Alışov