İdrak liseyində fəaliyyət göstərən Olimpiada mərkəzinin əsas məqsədi bir çox istedadlı şagirdlərin aşkar edilməsi, şagirdlərdə fənlərin dərindən öyrənilməsinə marağın artırılması, istedadı və yüksək potensialı ilə seçilən şagirdlərin öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə şəraitin yaradılması,yerli və beynəlxalq fənn olimpiadalarında iştirak edəcək namizəd şagirdlərin müəyyən edilməsidir. Mərkəzin təşkilatçılığı ilə bu olimpiadalar üzrə əlavə hazırlıqlar təşkil edilir və şagirdlərin bu olimpiadalarda iştirak etməsi üçün bütün imkanlar yaradılır.
Hazırlıqlar Azərbaycan, rus və ingilis bölmələri, II, III, IV, V,VI,VII,VIII,IX,X,XI siniflərdə Azərbaycan dili, Ədəbiyyat, Riyaziyyat, Fizika, Kimya, Tarix, Coğrafiya, Biologiya və İnformatika istiqamətində aparılır. Hazırlıq məqsədi ilə fənlər və bölmələr üzrə müxtəlif növ seçim turları təşkil edilir. Seçim turlarının keçirilməsində məqsəd potensialı olan şagirdlərə dəstək və düzgün istiqamət vermək və xüsusi akademik fəaliyyətin aparılmasıdır.
Hər il İdrak Liseyinin şagirdləri bir sıra yerli və beynəlxalq olimpiada və müsabiqələrdə iştirak etdilər. Bunların arasında Respublika Fənn Olimpiadaları, Respublika Fənn Müsabiqələri, Lütfizadə adına Məntiq Olimpiadası, SASMO, “Hippo” Beynəlxalq İngilis Dili Olimpiadası, “Kenquru” Beynəlxalq Riyaziyyat Müsabiqəsi, “Math League” Riyaziyyat müsabiqəsi, “Kings” Olimpiadası, “Türkiye Matematik” Olimpiadası, “KenKen” Riyaziyyat Müsabiqəsi, “FİSO” Beynəlxalq Riyaziyyat Olimpiadası, “FİSO” Beynəlxalq İngilis Dili Olimpiadası, “STEM” Olimpiadası, Asiya Beynəlxalq Riyaziyyat Olimpiadası (AİMO), “İMEC Online” Riyaziyyat Müsabiqəsi, Amerika Riyaziyyat Olimpiadası (AMO), “Kopernik” Olimpiadası və digər müsabiqələrdə qızıl, gümüş, bürünc medallar və çoxsaylı sertifikatlar qazandılar. Olimpiadada uğur qazanan şagirdlərimiz arasında Olimpiada hazırlıq dərslərində iştirak edən şagirdlərin olması, bu dərslərin gələcək illər üçün də şagirdlərimizin uğur qazanmasında pay sahibi olacağının göstəricisidir. Şagirdlərimizi təbrik edir, növbəti illərdə də uğurlarının davamlı olmasını arzu edirik.