İdman zalı

  • 27 02 2024

İdrak Liseyində fiziki tərbiyə dərslərində şagirdlərin insan orqanizminin quruluşu, fiziki hərəkətlər və onların orqanizmin müxtəlif funksional sistemlərinə təsiri haqqında məlumatlara yiyələnməsinə, ayrı-ayrı idman növlərinə aid olan hərəkətlərin icra üsullarını mənimsəmələrinə, komandalı fəaliyyət zamanı şagirdlərdə ünsiyyət, əməkdaşlıq, birgə fəaliyyətdə tolerantlığın formalaşmasının həyata keçirilməsinə xüsusi diqqət ayrılır.

Fiziki tərbiyə dərslərini təcrübəli müəllimlər tədris edir. Müəllimlər mütəmadi olaraq öz təcrübələrini artırmaq üçün müxtəlif təlimlərdə və treninqlərdə iştirak edirlər. Şagirdlər respublika üzrə keçirilən yarış və marafonlarda iştirak edirlər. İdman zalında sadə idman qurğuları mövcuddur. Liseydə müxtəlif idman növləri üzrə dərnəklər fəaliyyətdədir.