Musiqi otağı

  • 27 02 2024

Şagirdlərin musiqi tərbiyəsi ilə məşğul olan əsas fənn musiqidir. Eyni zamanda musiqi tədrisində əsas məqsəd şagirdlərdə yaradıcılıq qabiliyyətini üzə çıxartmaq, musiqi bacarıqlarını inkişaf etdirmək və formalaşdırmaq, keyfiyyətli musiqiyə qarşı maraq oyatmaqdır.  Ətraf aləm, insanlar, həyat tərzi haqda məhz musiqi dili ilə söhbət açır. Xalqımızın milli-mənəvi dəyərləri Azərbaycanda musiqi zövqünün tərbiyə olunmasında əsas amil kimi dəyərləndirilir. 

Liseyimizdə yerləşən musiqi otağı müasir tələblər çərçivəsində zəruri musiqi avadanlıqları və alətləri, metodiki vəsaitlərlə təchiz olunmuşdur. Burada müxtəlif musiqi alətləri üzrə dərnəklər təşkil olunur.