Rəssamlıqla məşğul olmaq uşaqlar üçün çox faydalıdır. İlkin olaraq onu vurğulamaq lazımdır ki, rəsm çəkmək şagirdlərdə zehni, fiziki və emosional inkişafa müsbət təsir edir. Rəssamlıq uşaqlara öz istedadlarını kəşf etməyə və potensiallarını üzə çıxarmağa imkan verir. Təsəvvürlərini kağıza köçürərək uğur hissini dadan uşaqlar məktəbdə və gündəlik həyatda daha inamlı hərəkət edirlər. Rəsm çəkmək həm də uşaqların konsentrasiyasını və diqqət vaxtını artırmaq üçün ideal bir üsuldur. Rəsm çəkən uşaqlar daha çox problem həll etmə bacarıqlarına malikdirlər.
Liseyimizdə yerləşən rəsm otağı təsviri incəsənət fənnin tədris, dərnək fəaliyyətlərinə daxil olan “Sehirli emalatxana” və Rəsm dərnəyinin keçirilməsi üçün rəssamlıq molbertləri, boyalar, heykəltəraşlıq ləvazimatları və s. kimi lazımi vəsaitlərlə təchiz edilmişdir. Burada uşaqların əl işləri sərgilənir, rəsm müsabiqələri keçirilir.