Ən çox verilən suallar

Sual-cavab

Burada bizə ən çox verilən suallarla tanış ola bilərsiniz.

Ziya Bünyadov pr. 3, Bakı, AZ1106

Şagirdlər liseyə təhsil aldığı sinfə uyğun fənlər üzrə imtahan verməklə qəbul olunurlar. Müsabiqədə iştirak etmək üçün onlayn, zəng etməklə və ya birbaşa məktəbə gəlməklə qeydiyyatdan keçmək olar.

Müəllimlər bir neçə mərhələli müsabiqə yolu ilə seçilir.

Siniflərdə şagirdlərin sayı 15-20 nəfər arasındadır.

Şagirdlərin qidalanması liseyin yeməkxanasında həyata keçirilir. Yeməklər yüksək gigiyenik tələblərə cavab verməklə lisey yeməkxanasında hazırlanır.

Məktəbimizin öz vahid forması vardır və şagirdlərin məktəbli forması geyinmələri mütləqdir.

Məktəbin ingilis bölməsində tədris Beynəlxalq Bakalavr Təşkilatının (IB) ibtidai siniflər proqramı (PYP), orta məktəb (MYP) və Diplom proqramları (DP) əsasında aparılır.