İdrak Liseyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq lisenziyası ilə fəaliyyət göstərən özəl təhsil müəssisəsidir. İdrak Liseyi İlk dəfə pedaqoq, innovator, riyaziyyatçı alim, pedaqoji elmlər doktoru, professor Mönsüm Alışov tərəfindən 2008-ci ildə Sumqayıt şəhərində yaradılıb.
2014-cü ildə isə liseyin Bakı filialı fəaliyyətə başlayıb. Lisey mütərəqqi təhsil ənənələri ilə digər təhsil müəssisələrindən fərqlənir. İdrak Liseyi ölkədə ən müasir maddi-texniki bazaya, ən son tələblərə cavab verən yüksək texnologiyalı avadanlıqla təchiz olunmuş sinif otaqlarına və laboratoriyalara malikdir. Burada tədris materialının şagirdə effektli ötürülməsi üçün yüksək səviyyəli pedoqiji heyət cəlb etməklə əlverişli tədris şəraiti yaradılıb. Pedoqoji heyətin fəaliyyətinə düzgün və ardıcıl nəzarət mexanizmi işləyir. Liseyimizin məqsədi şagirdlərə yüksək keyfiyyətli təhsil verərək onların hərtərəfli inkişaflı, vətənpərpər şəxsiyyət, faydalı vətəndaş kimi yetişməsi ilə yanaşı, ölkəmizdə və dünyanın istənilən ölkəsində universitetlərə qəbul olunmasını təmin etməkdir. İdrak Liseyi ali məktəblərə qəbul nəticələri hər il üçün 100 faiz olan yeganə məktəbdir. Liseyi bitirən məzunların 40 faizi xarici ölkələrdə, qalanları isə ölkəmizin universitetlərinin müxtəlif ixtisaslarında təhsil alır.