2 Aprel – Beynəlxalq Uşaq Kitabı Günü

  • 03 04 2024

İdrak liseyində 2 Aprel – Beynəlxalq Uşaq Kitabı Günü münasibətilə tədbir keçirilib.
Tədbirin ilk hissəsində 2023-2024-cü tədris ilinin kitabxana-oxucu fəaliyyətinə əsasən kitabxanadan fəal istifadə edən siniflər və şagirdlər mükafatlandırılıb.
Çıxışlar zamanı qeyd edilib ki, şagirdlərimizin intellektual inkişafında kitabın rolunu artırmaq, kitaba sevgi aşılamaq və mütailə vərdişlərinin formalaşdırılmasında müəllim heyətinin və liseyin kitabxanasının əhəmiyyətli rolu olub.
Daha sonra şagirdlər Bakı Uşaq və Gənclər Teatrının nümayiş etdirdiyi tamaşanı izləyiblər.

Əziz şagirdlər, oxumağa hər zaman kitabınız olsun!