İbtidai siniflərin “Novruz şənliyi”

  • 27 03 2024

Novruz Bayramının milli adətlərimizə uyğun olaraq təşkil edilməsi şagirdlərə bayramın tarixi barədə ənənələrin aşılanması və tarixi irsimizin qorunub saxlanılması məqsədi daşıyır.
İdrak Liseyində ibtidai siniflər Novruzu birgə qarşılayıblar. Xalqımızın gözəl bayramı olan Novruz, özündə milli-mənəvi dəyərləri, eləcə də xeyirxahlıq, birlik və həmrəylik kimi gözəl ənənələri birləşdirdiyi üçün şagirdlərdə əsl bayram ab-havası yaradıb. Şagirdlər baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına aid mahnılar ifa edib, yallı gedib, şeirlər səsləndirib, maraqlı səhnəciklər və digər özfəaliyyət bacarıqlarını nümayiş etdiriblər.