“Muğam milli sərvətimizdir” adlı musiqili görüş

  • 12 03 2024

İdrak liseyində “Muğam milli sərvətimizdir” adlı musiqili görüş keçirilib.

Tədbirin fəxri qonaqları Xalq artisti, tarzən Elçin Həşimov, Əməkdar Artist, kamança ifaçısı Elnur Əhmədov, “Muğam Televiziya Müsabiqəsi”nin laureatları – Gülzar Fərəcova və Xəyal Hüseynov, ifaçı Yusif Sadıxov, nağara ifaçısı Siyavuş Kərimov, tarzən Mehdi Sadıxzadə, kamança ifaçısı Fərid Qədirov olub. Sənətçilərin təqdimatında bənzərsiz ifalar dinlənilib.

Son illər Azərbaycanda muğamın qorunması və inkişafı istiqamətində fundamental işlər görülüb. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın milli mədəniyyətimizə, muğam sənətinə göstərdiyi dəstəyin və bu istiqamətdə aparılan işlərin nəticəsidir ki, Azərbaycan muğamları 2008-ci ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib.

Liseyimizdə baş tutan bu görüş milli sərvətimiz olan muğamı şagirdlərimizə nümayiş etdirmək və dünya musiqi xəzinəsinin incisini gələcək nəsillərdə yaşatmaq məqsədi daşıyıb.