İdrak Liseyində 44 günlük Vətən müharibəsi və düşmən üzərində Tarixi Qələbə – 8 Noyabr Zəfər Gününə həsr olunmuş “Zəfərin mübarək, Azərbaycan!” adlı tədbir keçirilib. Tədbirin açılış nitqini direktor müavini Kərim Abidi söyləyib. Ardınca “Zəfər” rəqsi təqdim olunub. Çıxış üçün qazi Qəhrəmanov Rəhman və qazi Əliyev İbrahimə söz verilib. Dəvət olunan valideynlər və qonaqlar arasında YAP Binəqədi Rayon Təşkilatının sədr müavini Sevinc Abdullayeva, Binəqədi RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi, təhsil üzrə kurator Leyla Quliyeva, həmçinin Tibb Xidməti baş leytenantı Yaqubova Sürəyya, polkovnik leytenant Qurbanov Səfər, publisist, filologiya elmləri doktoru, BDU-nun professoru, Azərbaycan Respublikasının Əməkdar jurnalisti Qulu Məhərrəmli Ulu öndərin və onun layiqli davamçısı İlham Əliyevin dayanıqlı fəaliyyətinin nəticəsi – Azərbaycan tarixinə yeni şərəfli səhifələrin yazılması haqqında danışıblr. Onlar bildiriblər ki, bu təcrübə hər birimiz üçün örnəkdir. Hər birimiz Azərbaycanın inkişafı naminə “Güc birlikdədir!” şüarı altında fəaliyyət göstərməliyik. Tədbirin bədii hissəsində liseyin şagirdlərindən ibarət xor kollektivi tərəfindən “Bu gözəl Vətən”, “Şuşa” mahnıları ifa olunub. Liseyin dram dərnəyinin şagirdləri “Zəfərin səsi” tamaşasını nümayiş etdiriblər.
Tədbirin yekunu və yaddaşlara əbədi həkk olunan hissəsi İdrak Liseyində təhsil alan qəhrəmanlar yadigarı- şəhid övladları və Azərbaycan Respublikasının əməkdar artisti, Akademik Opera və Balet teatrının solisti Gülüstan Əliyeva ilə birlikdə “Ey, Vətən” mahnısını ifa etmələri olub.
Allah şəhidlərimizə rəhmət eləsin! Zəfərin mübarək, Azərbaycan!