Ümumi orta və tam təhsil

Liseyimizdə orta təhsil milli və beynəlxalq tədris ənənələri əsasında, həmçinin müasir təlim metodlarını tətbiq etməklə aparılır. Orta təhsilin məqsədi şagirdlərdə kommunikativ bacarıqların, şifahi və yazılı nitq vərdişlərinin formalaşdırılmasını, idraki fəallığın gücləndirilməsini təmin etməkdir. Bundan başqa orta təhsil pilləsində şagirdlər Azərbaycanın və digər ölkələrin tarixi, mədəniyyəti, incəsənəti, təbiəti, sosial-iqtisadi imkanları və inkişafı, ayrı – ayrı ölkələrin bəşəri sivilizasiyasının yaranmasındakı rolu haqqında məlumatlara malik olmaq imkanı qazanırlar.

Belə ki, bütün əsas fənlər üzrə mükəmməl şəkildə tərtib edilmiş və gücləndirilmiş tədris proqramları əsasında dərslər keçirilir. İl ərzində bir neçə dəfə diaqnostik (ilin əvvəlində), formativ və summativ yoxlamalar keçirilir. Yoxlamalar beynəlxalq və milli qiymətləndirmə meyarlarına əsasən aparılır. Orta təhsildən tam orta təhsilə keçid mərhələsi olan 9–cu sinif şagirdlərinin buraxılış imtahanlarında uğur qazanması üçün  ana dili, riyaziyyat və ingilis dilindən əlavə məşğələlər keçirilir.

Tam orta təhsildə məqsəd isə ali məktəbə hazırlığın yüksək səviyyəsində keçirilməsidir. Təmayül fənləri üzrə tərtib edilmiş tədris planı əsasında təşkil edilən bu yanaşma şagirdlərə peşə seçimində vacib olan fənlərin daha dərindən öyrənilməsi üçün əlverişli imkan yaradır.